////// Daha yaxşı həyat üçün

Haqqımızda

Desertification foto
Climate change foto
Crop foto

Haqqımızda

“Toxumçuluq və Tingçilik” MMC 2017-ci ildə kənd təsərrüfatı bitkilərinin toxumlarının istehsalı, idxalı və satışı məqsədilə yaradılmışdır. Şirkətin mərkəzi ofisi Bakı şəhərində, əkin sahələri Füzuli, Qubadlı və Zəngilan rayonlarında, emal və tədarük infrastrukturu isə İmişli və Beyləqan rayonlarında yerləşir. Əsas fəaliyyət istiqamətləri buğda, arpa, qarğıdalı və yonca bitkilərinin toxumlarının istehsalıdır.

Missiyamız

Ölkəmizin qida təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan bitkilərin toxumuna olan tələbatın ödənilməsi, idxaldan asılılığın azaldılması və yerli toxumçuluğun inkişafına töhfə vermək məqsədilə fəaliyyət göstəririk.

Komandamız

Toxumçuluq sahəsində aparılan seleksiya işləri, gübrələmə, bitki mühafizəsi və aqrotexniki qulluq, eləcə də toxum emalı proseslərinə nəzarət bu sahədə elmi nailiyyətləri olan və Avropa, Rusiya, Türkiyə kimi ölkələrdə beynəlxalq təcrübəyə malik peşəkar komandamız tərəfindən həyata keçirilir.