Xidmətlərimiz

Məsləhət xidməti
Toxumçuluq və Tingçilik MMC ölkədə toxumçuluğun inkişafına dəstək məqsədi ilə toxumçuluqla məşğul olmaq istəyən fiziki şəxslərin uçotu və hüquqi şəxslərin dövlət qeydiyyatının Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq həyata keçirilməsinə köməklik göstərir.
Bununla yanaşı, şirkətdə çalışan yerli və xaricdə təhsil almış mütəxəssis və alimlər tərəfindən yüksək məhsuldarlığa və sabit irsi əlamətlərə malik, xəstəliyə, ziyanvericilərə və müxtəlif iqlim şəraitinə davamlı bitki sortlarının seçilməsi və çoxaldılması istiqamətində məsləhət xidməti göstərir.
Toxum istehsalçılarına məhsuldarlığın artırılmasında zəruri olan yeni texnologiyaların və aqrotexniki qulluqların bitkinin inkişaf fazalarına uyğun tədbiqi istiqamətində tövsiyələr verilməsi ilə yanaşı istehsal etdikləri toxumlara sortluq və səpin keyfiyyətlərini təsdiq edən uyğunluq sertifikatlarının alınmasında köməklik göstərilir. İstehsal olunan toxumların emal prosesləri zamanı düzgün təmizləmə qaydaları, müxtəlif xəstəlik və zərərvericilərə qarşı uyğun pestisidlərin, həmçinin toxumun cücərmə enerjisini və böyümə qüvvəsini artıran biostimulyatorların seçilməsi ilə əlaqədar tövsiyələr verir.
Satış
Toxumçuluq və Tingçilik MMC istehsal etdiyi yüksək reproduksiyalı toxumların ölkə daxilində satışını həyata keçirir. Respublikamızda ən böyük taxıl istehsalçılarından biri olan Kraun-Ko MMC-nin toxum təlabatının böyük bir hissəsi bağlanmış uzunmüddətli müqaviləyə əsasən şirkətimiz tərəfindən qarşılanır. Bundan əlavə toxumçuluqla məşğul olan hüquqi və fiziki şəxslərin müraciətləri əsasında onlara yerli və xarici sortlara aid yüksək reproduksiyalı toxumların satışı həyata keçirilir. Şatış qiymətləri mövcud bazar qiymətlərinə əsaslanır və toxumçulara daha sərfəli qiymətlər təklif olunur.
İstehsal etdiyimiz toxumlarla yanaşı ölkəmizdə istehsalı olmayan yüksək məhsuldar, Azərbaycanın torpaq-iqlim şəraitinə uyğun sortların elit toxumları müxtəlif xarici ölkələrdən idxal olunaraq daxili bazarda satışı həyata keçirilməkdədir.

Emal
Toxumçuluq və Tingçilik MMC-nin istehsal etdiyi toxumlar şirkətimizə aid olan emal zavodlarında emal olunur, həmçinin ətraf ərazilərdə toxumçuluqla məşğul olan digər hüquqi və fiziki şəxslərə də müraciətlər əsasında bu xidmətdən istifadə etmək imkanları yaradılır. Bununla yanaşı toxum istehsalçılarına birbaşa emal prosesində iştirak etmək imkanı yaradılır ki, bu da öz növbəsində bizim xidmətlərimizin yüksək keyfiyyətdə olduğuna əminliyimizin göstəricisi hesab oluna bilər.
